2017-ci ilin yanvarın 14-də “FinansLizinq” ASC-nin səhmdarların illik ümumi yığıncağı keçiriləcək.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda “FinansLizinq” ASC-nin cari maliyyə vəziyyəti və 2016-cı ilin maliyyə nəticələrinin təsdiqi məsələlərinə baxılacaq.
İclasda cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirə olunacaq.
Xatırladaq ki, "Finanslizinq" 2007-ci ilin may ayından fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 1 000 adi və 200 imtiyazlı səhm əsasında formalaşıb. Səhmlər 14 fiziki şəxsə, o cümlədən 19%-i Tokay Şıxəlizadəyə, 13,1%-i Murğuz Tağıyevaya, 12%-i Ramiz İbrahimova, 12,7%-i Azad Cavadova, 10%-i Mobil Şərifova məxsusdur.