Ukraynada uşaq bağçalarında kütləvi zəhərlənmə baş verib

Ukraynada uşaq bağçalarında kütləvi zəhərlənmə baş verib
# 28 yanvar 2017 01:20 (UTC +04:00)

Ukraynanın Kiyev vilayətində iki uşaq bağçasında kütləvi zəhərlənmə olub.

APA-nın “UNN” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kiyev Vilayət Administrasiyasının sədri Aleksandr Qorqan bildirib.

Onun sözlərinə görə, Brovarsk rayonunda uşaq bağçasında 13, Vışqorod şəhərində isə 26 uşaq zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəblərinə gəlincə, Aleksandr Qorqan uşaqların nədən zəhərləndiyinin hələlik müəyyən edilmədiyini deyib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Zaporojye şəhərində məktəbdə kütləvi zəhərlənmə faktı qeydə alınıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR