Türkiyədə ağır yol qəzası baş verib, 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Türkiyədə ağır yol qəzası baş verib, 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb
# 14 avqust 2017 18:21 (UTC +04:00)

Türkiyənin Ağrı vilayətində ağır yol qəzası baş verib.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, hadisə Palandökən kəndi ərazisində qeydə alınıb.

Məlumata əsasən, ağır tonnajlı yük maşının daşıdığı qaldırıcı kran mikroavtobusun üstünə düşüb.

Qəza nəticəsində 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 4-ün vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR