ABŞ-ın helikopter şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb

ABŞ-ın helikopter şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb
# 23 noyabr 2016 07:06 (UTC +04:00)

ABŞ-a məxsus “CHC Global Operations Canada ULC” şirkətinin Azərbaycandakı filialı ləğv olunub.

Bu barədə “APA-Economics” “Vergilər” qəzetinin xüsusi bureaxılışına istinadən xəbər verir.

Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbayıl rayonu, Xaqani, ev 45A ünvanına bildirə bilərlər.

Qeyd edək ki, baş ofisi Kanadada yerləşən şirkət helikopter təchizatı ilə məşğuldur. Şirkət “CHC Helicopter S.A.”nın törəmə şirkəti kimi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR