Bakıda 31 mart soyqırımı gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Bakıda 31 mart soyqırımı gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
# 29 mart 2017 13:43 (UTC +04:00)

31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbir Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və AMEA Tarix İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Soyqırımı qurbanları və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda soyqırımı ilə bağlı film nümayiş olunub.

Ombudsman Elmira Süleymanova bildirib ki, silahlı erməni-bolşevik birləşmələrinin 31 mart və 1-2 aprel tarixlərində azərbaycanlılara qarşı törətdikləri qırğınlar kütləvi xarakter daşıyıb, erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov qeyd edib ki, Azərbaycanda törədilən soyqırımları haqda ayrı-ayrı kitablar nəşr olunub. O deyib ki, ermənilər Cənubi Qafqaza köçürülüb, habelə indiki Ermənistan dövlətinin ərazisi tarixi Azərbaycan torpaqlarıdır: "Tarixinə sahib çıxmayan xalqlar məhvə məhkumdur. Bizim heç kimə qarşı ərazi iddialarımız yoxdur. Biz öz tariximizə sahib çıxmaq istəyirik".

Millət vəkili Elman Nəsirov bildirib ki, 31 mart soyqırımı ermənilərin tarixən yürütdüyü soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir: "Bu soyqırımı ermənilər dünyaya vətəndaş müharibəsi kimi təqdim etməyə çalışırdılar. Şaumyan Moskvaya yazdığı məktubda etiraf edir ki, biz bu cinayətləri şüurlu şəkildə törətmişik. Hamazaspın Qubada, Lalayan və Mikoyanın Şamaxıda törətdikləri cinayətlərin dünyada analoqu yoxdur".

Tədbir məruzələrlə davam etdirilib.

Tədbir çərçivəsində 31 mart - Azərbaycanlıların soyqırımı ilə bağlı kitab sərgisi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR