Gəncədə tələbəni maşın vurub

Gəncədə tələbəni maşın vurub
# 09 aprel 2018 05:13 (UTC +04:00)

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin şərq çıxışında, avtovağzalın yaxınlığında qeydə alınıb. Yevlax rayon sakini, Mingəçevir Turizm Kollecinin tələbəsi, 2000-ci il təvəllüdlü Əlizadə Rəhman Zaur oğlu işlədiyi yerdən çıxıb yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. O dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR