Ermənistanı terror aktları ilə hədələyən Rusiya vətəndaşının kimliyi müəyyən edilib

Ermənistanı terror aktları ilə hədələyən Rusiya vətəndaşının kimliyi müəyyən edilib
# 25 yanvar 2017 13:35 (UTC +04:00)

Ermənistanı terror aktları ilə hədələyən Rusiya vətəndaşının kimliyi müəyyən edilib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Rusiyan Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun rəhbəri Aleksandr Prokopçuk deyib.

“Kipr İnterpolu ilə birgə apardığımız iş nəticəsində terror aktları barədə yalan məlumatlar yayan Rusiya vətəndaşının kimliyi müəyyən edilib. Həmin şəxs Larnaka hava limanını, habelə Ermənistan, Belarus və Qazaxıstan hakimiyyət orqanlarına aid obyektlərini partladacağını deyib.

A. Prokopçukun sözlərinə görə, terror aktı barədə yalan müraciət maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR