Xaçmazda maşın oğurlayan şəxs saxlanılıb

Xaçmazda maşın oğurlayan şəxs saxlanılıb
# 26 yanvar 2017 08:17 (UTC +04:00)

Xaçmaz rayonunda maşın oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Ağyazı-Buduq kənd sakini Kərimov Rahib Qurban oğluna məxsus “VAZ 21011” markalı avtomaşın maşın təmiri sexindən oğurlanıb. Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən şəxs Xaçmazın Qusarçay kənd sakini, 1984-cü il təvəllüdlü Zülfüqarov Ələnur Qamət oğlu saxlanılıb. Yaşadığı evin qarajına baxış zamanı oğurlanan maşının orda olduğu müəyyən edilib.

İstintaqa ifadəsini saxlanılan şəxs oğurladığı maşının ehtiyat hissələrinin bir hissəsini özünə məxsus eyni markalı avtomobilə yerləşdirdiyini bildirib. Digər ehtiyat hissələrini isə satmağa cəhd etdiyi etiraf edib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR