"Ziraat Bank": Gəlirlərimiz azalacaq

"Ziraat Bank": Gəlirlərimiz azalacaq
# 27 oktyabr 2016 14:26 (UTC +04:00)

"Türkiyədə kreditlərə tələbat azalıb. Vəziyyət bu cür davam edərsə bank sektorunda gəlirlilik səviyyəsi azalacaq". "APA-Economics" xəbər verir ki, bunu "Ziraat Bank"ın baş icraçı direktoru, "Ziraat Bank Azərbaycan"ın Müşahidə Şurasının sədri Hüseyin Aydın deyib.

Türkiyə iqtisadiyyatının olduqca önəmli bir dönəmdə olduğunu qeyd edən H. Aydın bildirib ki, bankların gəlirliliyini artırmalıdır: "Türkiyənin bank sektoru çətin bir dönəmdən az itki ilə çıxa bildi. Banklar real sektora daha çox kreditlər ayırmalıdır. Bu sektor böhrana daha davamlı, rəqabətqabiliyyətli olmalıdır. Passivlərimizi aktivə çevirə bilməliyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR