Ekologiya və təbii sərvətlər naziri Böyük Britaniyanın ticarət nümayəndəsini qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Böyük Britaniyanın ticarət nümayəndəsini qəbul edib
# 31 may 2018 08:18 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi, xanım Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karol Krofts arasında tanışlıq görüşü keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, görüş zamanı Birləşmiş Krallığın plastik məhsullardan birdəfəlik istifadə üzrə yeni siyasəti, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR