Albaniya prezidenti: "Gələcəkdə Balkanlarda vəziyyətin dəyişməsini gözləyirik"

Albaniya prezidenti: "Gələcəkdə Balkanlarda vəziyyətin dəyişməsini gözləyirik"
# 16 mart 2018 09:44 (UTC +04:00)

"Gələcəkdə Balkanlarda vəziyyətin dəyişməsini gözləyirik".


APA-nın məlumatına görə, bunu Albaniya prezidenti İlir Meta Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində bu gün davam edən “Balkan regionun indiki və gələcək vəziyyət – regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi?” adlı paneldə çıxışında deyib.

O, Yuqoslaviyada baş verən hadisələrdən sonra Albaniyanın regionda qeyri-sabitliyə məruz qaldığını xatırladıb: "Balkan ölkələrinin Avropa İttifaqına inteqrasiyası vacibdir. Balkanlarda olan vətəndaşların gələcəyi bizdən asılıdır. Keçmişdən örnək götürərək, vətəndaşların rifahını artırmaq baxımından Balkanlarda sülhün saxlanması üçün Aİ-ə daxil olmaq yeganə çıxış yoludur. Bu layihə tam bitiriməlidir. Strateji layihələr olan TAP , “Şahdəniz-2” layihəsi təqdirəlayiqdir. Enerji təhlükəsizliyi, qlobal miqrasiya ilə bağlı müəyyən fəsadlar gələcəkdə mənfi təsirini göstərə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR