Azərbaycan qızıl istehsalı 3,1 dəfə artırıb

Azərbaycan qızıl istehsalı 3,1 dəfə artırıb
# 13 oktyabr 2017 15:19 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4 434,6 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2016-cı ilin 9 ayı ilə müqayisədə 3,1 dəfə çoxdur. Nəticədə bu ilin oktyabrın 1-nə 83,3 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 9 ayı ərzində ölkədə 311,8 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 14,1% çoxdur. Nəticədə bu ilin oktyabrın 1-nə 60,6 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR