“Bakmil” stansiyası əsaslı təmirdən sonra istismara veriləcək

“Bakmil” stansiyası əsaslı təmirdən sonra istismara veriləcək
# 27 fevral 2019 14:18 (UTC +04:00)

Bu günlərdə metronun “Bakmil” stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara veriləcək.

“Bakı Metropoliteni” QSC-dən ONA-ya verilən məlumata görə, metronun açıq tipli yeganə stansiyası platforma üzərində qurulan çətirlə sərnişinləri, qurğu və avadanlıqları yağıntıların təsirindən qoruyacaq.

Eyni zamanda, 2019-cu ildə “Xətai” stansiyasının istismar müddətini başa vurmuş 3 eskalatoru Almaniya istehsalı 4 yeni eskalatorla əvəzlənəcək, stansiyanın bütün infrastrukturu tamamilə yenilənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR