Biləsuvar və Şirvanda yetkinlik yaşına çatmayanların baxımsızlığı müzakirə olunub

Biləsuvar və Şirvanda yetkinlik yaşına çatmayanların baxımsızlığı müzakirə olunub
# 30 sentyabr 2017 13:51 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar respublikanın şəhər və rayonlarında maarifləndirmə tədbirləri keçirilir.

DİN Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, növbəti belə tədbirlər sentyabrın 27-28-də Biləsuvar rayonunda və Şirvan şəhərindəki orta məktəblərdə yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil edilib.

Hər iki tədbiri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov açaraq toplantının məqsədini və müzakirə ediləcək mövzuları elan edib, "Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu" mövzusunda çıxışlar edib.

Toplantılarda polis şöbələrinin rəisləri "Yetkinlik yaşına çatmayanların cinayətə meyillikərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının, qarşısının alınmasında daxili işlər orqanlarının rolu", xəstəxanaların narkoloq-həkimləri yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə "Narkotiklər haqqında nə bilirik?", VVAQ şöbəsinin müdirləri "Erkən nikahların fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması" mövzularında, həmçinin rayon icra hakimiyyəti başçlarının müavinləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların, təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları, pedaqoji heyət, psixoloqlar mövzular ətrafında çıxışlar ediblər.

Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzularla bağlı videoçarx nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR