Lənkəranda 3 nəfər kolbasadan zəhərlənib

Lənkəranda 3 nəfər kolbasadan zəhərlənib
# 29 iyul 2017 14:44 (UTC +04:00)

Lənkəran şəhərində 3 nəfər kolbasadan zəhərlənib.

APA-nın cənub bürosunun məlumatına görə, Masallı rayon sakinləri - 1988-ci il təvəllüdlü Fərid Sədrəddin oğlu Məhərrəmov, 1986-cı il təvəllüdlü Elşən Ədalət oğlu Hüseynov və 1988-ci il təvəllüdlü Samir Hüseyn oğlu Abbasov Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən çimərliyə istirahət etməyə gediblər. Onlar mağazadan aldıqları kolbasanı yedikdən sonra özlərini pis hiss ediblər. Halı pisləşən üç nəfər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Onlara ilkin tibbi yardım göstərilib, hər üçü reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR