Ötən il Azərbaycanda dizel yanacağı istehsalı 18% azalıb

Ötən il Azərbaycanda dizel yanacağı istehsalı 18% azalıb
# 17 yanvar 2018 13:11 (UTC +04:00)

2017-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 mlrd. 727,3 mln. manat olmaqla 2016-cı illə müqayisədə 7,8% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarından avtomobil benzininin istehsalı 5,4%, sürtkü yağlarının istehsalı 3,6 dəfə, neft bitumunun istehsalı 32,4% və neft koksunun istehsalı 10,6% artıb.

Ötən il ölkədə ağ neftin istehsalı 6,3%, yanacaq mazutunun istehsalı 45,2%, dizel yanacağının istehsalı isə 18,1% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR