Qardabanidə istilik elektrik stansiyası istifadəyə verilib - FOTOSESSİYA

Qardabanidə istilik elektrik stansiyası istifadəyə verilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 iyul 2015 23:51 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, stansiya Tərəfdaşlıq Fondu və Gürcüstanın Neft və Qaz Korporasiyasının maliyyəsi ilə tikilib. Açılışda Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız və digər rəsmi şəxslər iştirak edib.

Yeni tikilinin açılışında çıxış edən baş nazir Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldıza təşəkkür edərək bildirib ki, 237 meqavat gücündə olan stansiya ildə 1,6 milyard kilovat saat elektrik enerjisi istehsal edəcək: “Bu, stansiya ölkəmizin enerji təhlukəsizliyinin və iqtisadi mustəqilliyinin zəmanətidir. Ölkənin enerji sistemində problem yarandığı halda stansiya ölkəmizi qısa bir zamanda davamlı elektrik enerjisi ilə təmin edəcək”.

“Yeni tikili ölkəmizdə ən yeni texnologiyalar və yeni turbinlərlə təhciz olunmuş istilik stansiyasıdır. Bu stansiyanın tikintisi keçən ilin yanvar ayında başlayıb və müqavilə ilə nəzərdə tutulan müddətdən üç ay əvvəl sona çatıb. Bundan başqa, stansiyanın gücü də müqavilədə nəzərdə tutulandan çoxdur. Layihənin uğurla həyata keçirilməsi üçün Tərəfdaşlıq Fonduna, onun rəhbəri İrakli Kovzanidzeyə, Neft və Qaz Korporasiyasına, stansiyanı inşa edən türk şirkəti “Çalık Enerji”yə təşəkkürümü bildirirəm”, deyə baş nazir İrakli Qaribaşvili bildirib.

Açılışda çıxış edən Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız layihəni dəstəklədiyi üçün baş nazirə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR