ABŞ Irana qarşı yeni sanksiyaların tətbiqini istisna etmir

ABŞ Irana qarşı yeni sanksiyaların tətbiqini istisna etmir
# 23 iyul 2015 19:15 (UTC +04:00)

Bakı-APA. Irana qarşı yeni sanksiyaların tətbiqi istisna deyil.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Cek Lyu bəyan edib.

Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsinə baxmayaraq, əlavə sanksiyaların tətbiqi mümkündür.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Con Kerri Konqresdə çıxış edərkən bildirib ki, nüvə silahının istehsalına yol verməmək üçün ABŞ İrana qarşı güc tətbiq etməyə də hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR