Babasını öldürən şəxs cəzasının azaldılmasını istəyir

Babasını öldürən şəxs cəzasının azaldılmasını istəyir
# 12 noyabr 2016 10:29 (UTC +04:00)

Babasını öldürməkdə təqsirləndirilən Hacıağa Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, onun şikayəti üzrə məhkəmənin ilkin baxış iclası noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.


Qeyd edək ki, cinayət hadisəsi bu il fevralın 14-də paytaxtın Sabunçu rayonu ərazisində, Albalılıq bağ sahəsində baş verib. Hacıağa Hüseynov tamah məqsədilə qonşusu Elman Qasımovla birlikdə 76 yaşlı babasının qətlini təşkil edib. Onlar bağ evinin həyətində qocanı başından vuraraq öldürüb, sonra 2 min manat pulu ələ keçirərək bölüşdürüblər. Hadisə ilə bağlı daha əvvəl Bakı şəhər sakini Elman Qasımov tutulub. Hacıağa Hüseynov isə hadisənin baş verdiyi tarixdən 12 gün sonra tutularaq istintaqa təhvil verilib. Bu şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə), 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Qasımov 17 il, Hacıağa Hüseynov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan H. Hüsyenov cəzasının azaldılması barədə apellyasiya şikayəti verib. E. Qasımov apellyasiya şikayəti verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR