Goranboyda 84 yaşlı qadın intihar edib

Goranboyda 84 yaşlı qadın intihar edib
# 14 avqust 2017 08:08 (UTC +04:00)

Goranboy rayonunda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1933-cü il təvəllüdlü Səmayə Əli qızı Musayeva Goranboy rayonunda məskunlaşdığı evin zirzəmisində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xocalı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR