Azərbaycan prezidenti ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşüb

Azərbaycan prezidenti ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşüb
# 23 yanvar 2018 21:28 (UTC +04:00)

Prezident İlham Əliyev yanvarın 23-də Davosda ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşüb.

APA-nın xəbərinə görə, Stiven Şvarzman bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirib. O, “Blackstone” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğulayıb.

Prezident İlham Əliyev “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirib. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR