Oğuz sakini intihar edib

Oğuz sakini intihar edib
# 24 iyun 2015 07:19 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Oğuz rayonunda 53 yaşlı kişi intihar edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Oğuz şəhərində qeydə alınıb. Oğuz şəhər sakini, 1962-ci il təvəllüdlü Məhəmməd Səfər oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki tut ağacından asılmış vəziyyətdə övladları tərəfindən aşkar edilib. Hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardıqları araşdırma zamanı 53 yaşlı Məhəmməd Hüseynovun intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, mərhum 2 il əvvəl həyat yoldaşını, 1 il əvvəl isə 16 yaşlı qızını vaxtsız itirdikdən sonra depressiyaya düşərək qapalı həyat tərzi keçirib. Onun üç övladı var.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR