Səfir: “İran Azərbaycanla nüvə enerjisinin istehsalı sahəsində əməkdaşlığa hazırdır”

Səfir: “İran Azərbaycanla nüvə enerjisinin istehsalı sahəsində əməkdaşlığa hazırdır”
# 15 iyul 2015 09:40 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirilən mətbuat konfransında deyib.

“Düşünürük ki, neft-qaz enerjisinin ömrü uzun deyil. Gələcəkdə dünya alternativ enerjiyə - atom enerjisinə ehtiyac duyacaq. Hər bir ölkənin sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı var”, deyə səfir qeyd edib.


Səfir İranın bu sahədə istənilən ölkə ilə, o cümlədən Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR