Alyaska yaxınlığında 8,2 bal gücündə zəlzələ olub

Alyaska yaxınlığında 8,2 bal gücündə zəlzələ olub
# 23 yanvar 2018 11:59 (UTC +04:00)

Sakit okeanda, ABŞ-ın Alyaska ştatı yaxınlığında 8,2 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Alyaskanın Kadyak şəhərindən 278 km cənub-şərqdə yerləşir. Zərər çəkənlər barədə hələlik məlumat yoxdur.


Zəlzələdən sonra rəsmilər sunami riskinə qarşı bölgədə yaşayan əhaliyə xəbərdarlıq ediblər.


Qeyd edək ki, 1964-cü ildə Alyaskada baş verın 9,2 ballıq zəlzələdən sonra sunami yaranıb. 67 metrə qədər yüksələn dalğalar 139 nəfərin ölümünə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR