Dövlət Departamenti: Türkiyənin İraqın ərazi bütövlüyünə dəstək bəyanatı təhdidedicidir

Dövlət Departamenti: Türkiyənin İraqın ərazi bütövlüyünə dəstək bəyanatı təhdidedicidir
# 26 sentyabr 2017 22:41 (UTC +04:00)

Türkiyənin İraqın ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazır olması barədə bəyanatı hədə kimi səslənir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert deyib.

“Hədə kimi səslənir. Lakin biz buna şərh verməyəcəyik”, - deyə X.Nauert jurnalistin Türkiyə XİN rəhbəri M.Çavuşoğlunun son bəyanatına şərh verilməsinə dair sualına cavabında bildirib.

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl bəyan edib ki, Ankara İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Bağdadın müvafiq sorğusu əsasında bu ölkənin ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazırdır.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Səsvermənin yekun nəticələri bu gün elan ediləcək.

İraq hökuməti referendumu qeyri-legitim elan edib. Referenduma qarşı həmçinin Türkiyə, İran, ABŞ və BMT çıxış edib.

Bundan əvvəl İraqın Nazirlər Kabineti muxtariyyət rəhbərliyindən bölgədəki hava limanları və sərhəd-buraxılış məntəqələri üzərində nəzarəti rəsmi Bağdada verməyi, xarici ölkələrdən isə muxtar bölgə ilə neft sahəsində əməkdaşlığa son qoymağı tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR