Göyçayda yeraltı qaz borularının oğurlanması faktına görə bir nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu il avqustun 21-də Göyçay rayon Polis Şöbəsinə «SOCAR»ın Qaz İxrac İdarəsi Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinə məxsus, istismarı dayandırılmış yeraltı magistral qaz kəmərinin təxminən 700-750 metr hissəsinin çıxarılaraq oğurlandığı barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı «SOCAR»ın Qaz İxrac İdarəsi Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları ilə birgə hadisə yerinə baxış keçirilib, Göyçay rayonunun Qarabaqqal və Çayarxı kəndləri ərazisində həmin sahəyə məxsus ümumilikdə 750 metr məsafədə boru xətlərinin qazılaraq çıxarıldığı müəyyənləşib.
Məlum olub ki, oğurluq hadisəsi bu il avqustun 6-dan 18-dək olan müddət ərzində törədilib. İstintaq zamanı adıçəkilən İdarə zərərçəkmiş şəxs qismində tanınıb və hüquqi şəxsin nümayəndəsi iş üzrə dindirilib. Oğurluğun törədilməsində Ağdam rayon sakini Elşad Abadov (ad və soyad şərtidir) olması müəyyən olunub. İstintaq zamanı E.Abadovun həmin oğurluğu törətməsinə kifayət qədər şübhələr müəyyən edildiyindən onun barəsində axtarış elan edilib.
O. Mansurzadə deyib ki, buna oxşar daha bir cinayət əməlinin törədilməsi barədə bu il avqustun 23-də DİN-in “
Baş vermiş hər iki oğurluq hadisəsi ilə bağlı Göyçay RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.