Suriyada 2 türk əsgəri şəhid olub

Suriyada 2 türk əsgəri şəhid olub
# 04 fevral 2018 19:50 (UTC +04:00)

Fevralın 4-də Suriyanın Afrin bölgəsində 2 türk əsgəri şəhid olub, daha 5-i yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

Türkiyə mətbuatının yazdığına görə, "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayı 14-ə çatıb. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin bölgəsində 935 terrorçunun məhv edildiyini bildirib.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR