"ABB-Moskva"nın öhdəliklərinin 42%-i depozitlərin hesabına formalaşıb

"ABB-Moskva"nın öhdəliklərinin 42%-i depozitlərin hesabına formalaşıb
# 25 iyul 2017 11:56 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi "ABB-Moskva" MMC-də yerləşdirilən depozitlərin həcmi cari ilin iyulun 1-nə 9,45 mlrd. rubl təşkil edib.


"APA-Economics" xəbər verir ki, bu göstərici ilə törəmə Rusiya banklarının depozitlərin həcminə görə renkinqində 114-cü pillədə qərarlaşıb. Siyahıda 566 bank yer alıb.


Cari ilin aprel ayının 1-nə bank 112-ci pillədə idi. Beləliklə, ikinci rübdə bank 2 pillə geriləyib.


Geriləmənin səbəbinə gəlincə, ikinci rübdə bankın depozit portfeli 6,4% azalıb. Ümumilikdə ilin ilk yarısında bankın depozit portfeli 24,1% daralıb.


Portfelin 28,7%-i xarici valyutanın (rubl olmayan) payına düşür.


İyulun 1-nə öhdəliklərin 42,3%-i depozit portfelinin hesabına formalaşıb.


"ABB-Moskva" 2002-ci ilin yanvarında təsis olunub. 2004-cü ildən etibarən bank Rusiyanın Əmanətlərin Sığortalanması Sisteminə daxil olunub. Hazırda bankın səhmlərinin 100%-i ABB-yə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR