Ali məktəblərə sənəd qəbulu başa çatıb

Ali məktəblərə sənəd qəbulu başa çatıb
# 11 aprel 2017 22:01 (UTC +04:00)

Ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. APA-nın xəbərinə görə, elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanları II və III ixtisas qrupları üzrə aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR