Sanksiyalar aradan qaldırılandan sonra İran Avropanın neft bazarının 43%-ə sahib çıxmaq niyyətindədir

Sanksiyalar aradan qaldırılandan sonra İran Avropanın neft bazarının 43%-ə sahib çıxmaq niyyətindədir
# 14 iyul 2015 16:05 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İrana qarşı tətbiq olunan sanksiyalar aradan qaldırıldıqdan bu ölkə Avropanın neft bazarının 42-43%-ə sahib çıxmaq niyyətindədir.

"APA-Economics" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran milli neft şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Möhsün Kamsari bildirib.

"Biz Avropaya neft ixracını maksimum səviyyəyə qaldırmaq niyyətindəyik və ixrac səviyyəmizi İrana qarşı tətbiq olunan sanksiyalardan əvvəlki həddə qaldıraraq, Avropa bazarının 42-43%-ə sahib çıxmaq istəyirik", - deyə M. Kamsari bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR