Azərbaycan və Peru hökumətləri arasında Anlaşma Memorandumu imzalanacaq

Azərbaycan və Peru hökumətləri arasında Anlaşma Memorandumu imzalanacaq
# 30 may 2018 19:28 (UTC +04:00)

"Azərbaycan və Peru hökumətləri arasında beynəlxalq aləmdə əməkdaşlığa dair Anlaşma Memorandumu bu ilin sonunadək imzalana bilər".

APA-nın xəbərinə görə, bunu Perunun Azərbaycandakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrini jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan XİN-lə bu istiqamətdə işləyirik. Azərbaycan bizim üçün vacib ölkədir və biz bunun əhəmiyyətini dərk edirik. Bu memorandum ölkələr arasında həm daxili, həm də xarici işlərlə bağlı fikirləri bölüşməyə imkan yaradacaq", - deyə cənab Boldrini əlavə edib.

L.Ç.Boldrini qeyd edib ki, ilin ikinci yarısında Peru xarici işlər naziri müavinin Azərbaycana səfəri gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR