Meksikada xaç suyuna salınma mərasimi zamanı kilsə uçub

Meksikada xaç suyuna salınma mərasimi zamanı kilsə uçub
# 21 sentyabr 2017 09:30 (UTC +04:00)

Meksikada uşağın xaç suyuna salınması mərasimi faciə ilə nəticələnib.

APA-nın “Sol de Puebla” qəzetinə istinadən verdiyi xəbərə görə, Meksikanın Puebla ştatında mərasimin gerçəkləşdiyi kilsə zəlzələ nəticəsində uçub.

Hadisə zamanı 4-ü uşaq olmaqla, 15 nəfər ölüb. Üç nəfər xəstəxanaya yerləşdirilib. İki nəfər isə hələ də dağıntıların altındadır, onların axtarışları davam etdirilir. Yeganə xilas olan şəxs keşiş olub.

Qeyd edək ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ baş verib. Nəticədə 230 nəfər ölüb. Ölkədə 3 günlük matəm elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR