İncəsənət Muzeyində ilk dəfə 3D rəsm sərgisi keçiriləcək

İncəsənət Muzeyində ilk dəfə 3D rəsm sərgisi keçiriləcək
# 04 oktyabr 2017 13:20 (UTC +04:00)

İncəsənət Muzeyində rəsm əsərləri yeni texnologiyalarla təqdim ediləcək

Oktyabrın 14-15-də Azərbaycan Milli İncəsənət Muzeyində qeyri-adi sərgi keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan APA-ya verilən məlumata görə, Azərbaycanın aparıcı rəssamlarının 7 əsəri yenilikçi texnologiyaların təfsirində təqdim ediləcək. Zalda Tahir Salahov, Səttar Bəhlulzadə, Əzim Əzimzadə, Faiq Əhmədov və başqaları kimi tanınmış ustaların əsərləri nümayiş olunacaq. “Orijinal” kətan işlərinin yanında xüsusi 3D printerdə çap olunmuş rəssamlara xas olan şəkildə hazırlanan zərgərlik əsərləri nümayiş etdiriləcək. Sərginin başlıca məqsədi XX əsr azərbaycanlı rəssamlarının əsərlərini və texnikalarını müasir texnologiya ilə nümayiş etdirməkdir. Sərgi incəsənət, moda və yüksək texnologiyaları bir konsepsiya altında toplamaq üçün nəzərdə tutulub.

Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi Aysel Hüseynovanın təşəbbüsü, Azərbaycan Milli İncəsənət Muzeyinin və 247RAARE müstəqil şirkətin dəstəyi ilə təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR