Bank adından yol polisi idarəsinə saxta məktublar tərtib edən şəxsin məhkəməsi başlayıb

Bank adından yol polisi idarəsinə saxta məktublar tərtib edən şəxsin məhkəməsi başlayıb
# 23 iyul 2018 09:34 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsib Gülməmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 2-də davam etdiriləcək.

İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nəsib Gülməmmədov "Bank of Baku” ASC-nin ipoteka müqaviləsi ilə girov altında olan 3 ədəd “Kia-Optima”, 1 ədəd “Kia-Sorento”, 1 ədəd “Jeep Grand Cherokee” və 1 ədəd “Hyundai” markalı avtomobillərin “Bank of Baku” ASC-nin adından Baş Dövlət Yol Polisi İdarəsinin ünvanına saxta məktublar tərtib etməklə, həmin avtomobilləri girovdan çıxarması və aldatma yolu ilə digər şəxslərə satması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR