"Fitch”: Azərbaycanın bank sektoru zəif olaraq qalır

"Fitch”: Azərbaycanın bank sektoru zəif olaraq qalır
# 30 iyul 2018 15:07 (UTC +04:00)

"Azərbaycanın bank sektoru zəif olaraq qalır".

Bu barədə “APA-Economics” “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir. Agentlik Azərbaycanın bank sektorunu "Fitch Bank System Indicator" (BSI) üzrə “ccc” səviyyəsində qiymətləndirib.

2018-ci ilin aprel ayında bank sektorunda kapitalın kifayətliliyi göstəricisi Azərbaycan Beynəlxalq Bankı (ABB) nəzərə alınmadan 2017-ci ilin sonuna olan 18,4%-dən 17,2%-ə enib, qeyri-işlək kreditlər mayın əvvəlinə 21%-dək artıb.

“Fitch”in mütəxəssisləri hesab edir ki, cari ilin aprel ayında bank sektoru üzrə xalis açıq valyuta mövqeyi (ABB nəzərə alınmadan) 1,5 mlrd. manat (ÜDM-nin 1,8%-i) təşkil edib.

"2017-ci ildə xarici öhdəliklərin restrukturizasiyasından sonra ABB-nin kapitallaşması və aktivlərinin keyfiyyəti yaxşılaşıb", - deyə məlumatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR