Ötən il Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsi ilə 233,175 mln. barel Azərbaycan nefti nəql edilib.
"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən il ərzində ən çox yüklənmə may ayında qeydə alınıb – 22 mln. barel.
Bu vaxta qədər BTC vasitəsi ilə Türkiyənin Ceyhan limanından 3,3 mlrd. bareldən çox Azərbaycan nefti dünya bazarına göndərilib.
Qeyd edək ki, BTC-nin Türkiyə xəttini işlədən “BOTAŞ International”ın tankerlərlə ixrac etdiyi xam neftin ən çox yüklənməsi 2010-cu ildə qeydə alınıb – 286,214 mln. barel.