Lex Kaçinskinin təyyarəsinin qalıqları üzərindən partlayıcı maddə izləri aşkarlanıb

Lex Kaçinskinin təyyarəsinin qalıqları üzərindən partlayıcı maddə izləri aşkarlanıb
# 05 iyun 2018 22:30 (UTC +04:00)

2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında baş verən aviaqəza nəticəsində ölən Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin qalıqları və cəsədlərdən birinin üzərindən partlayıcı maddənin izləri aşkarlanıb.

APA-nın “Wiadomosci”-yə istinadən verdiyi xəbərə görə, bu barədə təyyarə qəzası üzrə Polşanın istintaq komissiyasının nümayəndələri bildirib.

“Xüsusi avadanlıqlarla müayinə edilmiş “Ту-154М” təyyarəsinin qalıqlarının xeyli hissəsinin və ən azı bir cəsədin üzərində partlayıcı maddə aşkarlanıb”, - deyə komissiyanın hazırladığı hesabatda bildirilir.

Komissiya üzvləri qəza yerindən götürülən torpaq nümunələrində partlayıcı maddələrin aşkarlanmadığını bildiriblər.

Xatırladaq ki, "Tu-154" təyyarəsi 2010-cu ildə Smolensk hava limanına enişə başlayarkən qəzaya uğrayıb.

Nəticədə 88-i sərnişin, 8-i heyət üzvü olmaqla, 96 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR