Boro Matan: “Azərbaycan millisi qrupun favoritidi”

Boro Matan: “Azərbaycan millisi qrupun favoritidi”
# 03 aprel 2017 14:13 (UTC +04:00)

“Azərbaycan yığması Avropanın ən yaxşı komandalarından biridi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Bosniya və Herseqovina yığmasının baş məşqçisi Boro Matan deyib.

Aprelin 7-11-də ölkəmizdə keçiriləcək futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin iştirakçılarından biri də bosniyalılar olacaq. Bosniya və Herseqovina yığması Azərbaycan, Albaniya və Macarıstanla birlikdə B qrupunda yer alacaq.

Voqoşedə hazırlıq prosesini davam etdirən Boro Matanın komandasında 16 futzalçı yer alıb: Stanislav Qaliç, Marin Sunyiç, Con Matan, Meri Aladjiç, Deyan Pavloviç, Srdyan Ayvankaviç, Ayvan Ayvankaviç, Tomislav Bevanda, Dario Markiç, Anel Radmiloviç, İosip Boşkoviç, Darko Milanoviç, Bilal Çelik, Nijas Malametoviç, Kristian Pantiç və Stefan Yokiç.

Ölkəsinin mətbuatına açıqlama verən Matan Avropa çempionatının əsas seçmə mərhələsinə hazırlıq prosesi barədə danışıb: “Azərbaycana gedənə qədər gündə 2 dəfə məşq edəcəyik. Bu perioddan düzgün yararlanmalı, hazırlığa xüsusi fikir verməliyik. Yalnız bu halda Bakıda yaxşı nəticəyə imza atmaq olar”.

Matan Bakıda onları çətin oyunların gözlədiyini bildirib: “İşimiz asan olmayacaq. Azərbaycan millisi qrupun favoritidi. Macarıstan yığmasının keyfiyyətli futzalçıları var. Bu komanda son Avropa çempionatının iştirakçısıdı. Reytinqdə bizi qabaqlayırlar. Amma hazırlıq prosesini düzgün keçməklə, qrupda rəqabəti gücləndirə, tələblərə cavab verə bilərik. Bu, rəqabətdə həlledici rol oynayacaq. Təbii ki, Albaniya yığmasını da dəyərləndirməyə bilmərik. Bütün görüşlərə ciddi yanaşmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR