"Millers Oils Azerbaijan" MMC-nin istehsalat kompleksinin açılış mərasimi keçirilib

"Millers Oils Azerbaijan" MMC-nin istehsalat kompleksinin açılış mərasimi keçirilib
# 23 noyabr 2017 12:29 (UTC +04:00)

AMEA-nın Yüksək Texnologiyalar Parkında AMEA və Böyük Britaniyanın "Millers Oils LTD" şirkətinin birgə təsis etdiyi "Millers Oils Azerbaijan" MMC-nin istehsalat kompleksinin açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, açılış mərasimində çıxış edən AMEA prezidenti Akif Əlizadə bildirib ki, bu açılış akademiyanın 70 illik tarixində çox əlamətdar bir hadisədir: "Hazırda ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq innovativ və müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır. "Millers Oils Azerbaijan" MMC-nin təsis edilməsi də akademiyanın bu fəaliyyətinə yönəlmiş növbəti addımdır".

Açılış mərasimində çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri xanım Karol Krofts Britaniya şirkətlərinin Azərbaycanda ən fəal investorlardan olduqlarını söyləyib və yeni istehsalat kompleksinə uğurlar arzulayıb.

Açılış mərasimində "Millers Oils LTD" şirkətinin icraçı direktoru Cemi Rayn və başqa rəsmilər də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR