ABŞ-da avtobusda atışma olub, ölənlər var

ABŞ-da avtobusda atışma olub, ölənlər var
# 08 aprel 2018 03:21 (UTC +04:00)

ABŞ-ın İllinoys ştatında çarter avtobusunda açılan atəş nəticəsində 3 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, atışma barədə məlumat alan polis əməkdaşları hadisə yerinə gəldikdə icarəyə götürülmüş avtobusda üzərində güllə yaraları olan 3 meyit aşkarlayıb.

Polisi insident barədə avtobusun sürücüsü məlumatlandırıb. Onun sözlərinə görə, sərnişinlərdən biri qəfil atəş açmağa başlayıb, daha sonra avtobusu tərk edərək hadisə yerindən uzaqlaşıb.

Cinayətkarın saxlanılması istiqamətində əməliyyat keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR