BDU-nun 100 illik yubileyi münasibəti ilə tədbirlərə start verilib

BDU-nun 100 illik yubileyi münasibəti ilə tədbirlərə start verilib
# 25 noyabr 2019 10:45 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibəti ilə tədbirlərə start verilib.

APA-nın xəbərinə görə, bu barədə BDU-nun rektoru Elçin Babayev bildirib. O, tədbirlər çərçivəsində əvvəlcə BDU məzunlarının forumunun keçiriləcəyini deyib: “Forumda hazırda ölkədə və xaricdə olan məzunlarımızın iştirakı nəzərdə tutulub”.

100 ildə BDU-dən 180 min nəfərə yaxın məzunun olduğunu deyən rektor Heydər Əliyevin BDU-nun məzunu olduğunu diqqətə çatdırıb.

E. Babayev bildirib ki, BDU-nun pul nişanı hazırlanıb, markası buraxılıb: “Ən vacibi isə Prezident İlham Əliyevin təsdiqi ilə BDU-nun 100 illik medalı buraxıldı”.

Rektor noyabrın 26-da yubileylə əlaqədar rəsmi tədbirin keçiriləcəyini xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR