Cəlilabad sakini ehtiyatsızlıqdan özünü güllələyib

Cəlilabad sakini ehtiyatsızlıqdan özünü güllələyib
# 25 noyabr 2019 10:27 (UTC +04:00)

Cəlilabad sakini tüfənglə ehtiyatsız davranıb və özünə xəsarət yetirib.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Kövüzbulaq kənd sakini, 1998-ci il təvəllüdlü Orxan Arzuman oğlu Sadıqov ov tüfəngini təmizlədiyi vaxt ehtiyatsızlıqdan özünü yaralayıb.

O. Sadıqov paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR