“Səbail” gürcüstanlı müdafiəçi ilə müqavilə imzalayıb

“Səbail” gürcüstanlı müdafiəçi ilə müqavilə imzalayıb
# 07 fevral 2018 10:31 (UTC +04:00)

Dövrələrarası fasilə zamanı “Səbail” növbəti transferini reallaşdırıb. Apasport.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, Bakı təmsilçisi Nikoloz Apakidze ilə anlaşıb.

26 yaşlı mərkəz müdafiəçi mövsümün II yarısından etibarən “Səbail”in şərəfini qoruyacaq. Gürcüstanlı futbolçunun son klubu “Rustavi” olub. O, bundan başqa, vətənində “Zuqdidi”, “Şuxura” və Litvada “Trakai”nin formasını geyinib.

Qeyd edək ki, “Səbail” Apakidzedən öncə Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Kərim Diniyev, Yevgeni Koçuk və Ruslan Əmircanovla da güclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR