ABŞ mətbuatı təmsilçilərinin Rusiya Dövlət Dumasına girişinə qadağa qoyulub

ABŞ mətbuatı təmsilçilərinin Rusiya Dövlət Dumasına girişinə qadağa qoyulub
# 06 dekabr 2017 09:55 (UTC +04:00)

Rusiya Ədliyyə Nazirliyi ABŞ-ın bəzi kütləvi informasiya vasitələrini xarici agent siyahısına salıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Duması həmin KİV-lərin təmsilçilərinin Dumanın yerləşdiyi binaya girişinə qadağa qoyub.

Qərar layihəsini Dumanın nəzarət və reqlament komitəsi hazırlayıb.

Rusiya Federasiya Şurası da analoji qərar verib.

Qeyd edək ki, Rusiya Federasiyası Ədliyyə Nazirliyi ABŞ-ın 9 kütləvi informasiya vasitəsini xarici agent siyahısına salıb. Bunlar "Amerikanın səsi", "Azadlıq radiosu", "Nastoyaşeye vremya" internet televiziyası, "idel.realii", "Kavkaz.realii", "Krım.realii", "Azadlıq radiosunun tatar-başkir xidməti", "Sibir.realii", "Faktoqraf" kütləvi informasiya vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR