İsveç Krallığındakı Azərbaycan diaspor rəhbəri parlament seçkilərinə qatılıb

İsveç Krallığındakı Azərbaycan diaspor rəhbəri parlament seçkilərinə qatılıb
# 16 yanvar 2017 07:58 (UTC +04:00)

İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev 2018-ci ildə bu ölkədə keçiriləcək parlament seçkilərində iştirak edəcək. Konqresdən APA-ya verilən məlumata görə, azərbaycanlı diaspor rəhbərinin adı İsveç Demokratlar Partiyasının proporsional seçki siyahısına daxil edilib.
Emil Mirzəyev 2004-cü ildən İsveçde yaşayır və 2007-ci ildə bu ölkənin vətəndaşlığını qəbul edib. 2010-cu idən İsveç Azərbaycanlıları Konqresinin sədri olan E.Mirzəyev 2012-ci ildə İsveç Demokratlar Partiyasına üzv qəbul olunub. İsveç Demokratlar Partiyası 2014-cü ildə bu ölkədə keçirilən parlament seçkilərində 800 min seçicinin səsini toplayaraq 3-cü yerlə kifayətlənib. Müşahidəçilər 2018-ci ildə keçiriləcək parlament seçkilərində İsveç Demokratlar Partiyasınin daha çox səs toplayaraq 2-ci yerə qədər irəliləyəcəyini proqnozlaşdırırlar. Qeyd edək ki, E.Mirzəyev 31 dekabr 2016-cı il tarixdə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR