Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub
# 25 fevral 2017 21:50 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 30 m2 olan restoranda baş verib. Nəticədə restoranın mətbəxində lambirdən ibarət tavan yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR