Zaqatalada avtomobil yolunun tikintisinə 9 mln. manat ayrılıb

Zaqatalada avtomobil yolunun tikintisinə 9 mln. manat ayrılıb
# 05 avqust 2017 16:39 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,9 mln. manatı "Azəravtoyol" ASC-yə ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR