Tovuzda 4 yaşlı uşağı maşın vurub

Tovuzda 4 yaşlı uşağı maşın vurub
# 12 dekabr 2017 08:35 (UTC +04:00)

Tovuz rayonunda azyaşlını avtomobil vurub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Dönük Qırıq kəndində baş verib. 2013-cü il təvəllüdlü Musayev Əhməd Nicat oğlu yola qaçarkən maşın onu vurub.

Xəsarət alan azyaşlı Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR