İtaliyada sərnişin qatarı yük maşını ilə toqquşub, 2 nəfər ölüb, 18-i xəsarət alıb - YENİLƏNİB

İtaliyada sərnişin qatarı yük maşını ilə toqquşub, 2 nəfər ölüb, 18-i xəsarət alıb  - <span style="color: red;">YENİLƏNİB
# 24 may 2018 04:41 (UTC +04:00)

İtaliyanın şimalında sərnişin qatarı ilə yük avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb, 18 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə ANSA agentliyi xəbər verib.

Qəza zamanıl Turin-İvrea marşrutu üzrə hərəkət edən qatarın maşinisti həyatını itirib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İnsidentin səbəbləri araşdırılır.

***

03:29

İtaliyanın şimalında sərnişin qatarı yük maşını ilə toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kaluzo şəhəri yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində 1 nəfərin öldüyü, 15 nəfərin xəsarət aldığı təsdiqlənib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Məlumata əsasən, qəzaya Litva dövlət qeydiyyat nömrə-nişanlı "TIR"-ın sürücüsünün semaforun qırmızı işığına məhəl qoymaması səbəb olub. Toqquşma nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxıb. Sərnişin qatarının lokomotivi isə elektrik dirəyini çırpılıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR