DİM-in elektron nəzarətçilər bazasında 15003 nəfər nəzarətçi var

DİM-in elektron nəzarətçilər bazasında 15003 nəfər nəzarətçi var
# 28 dekabr 2019 09:52 (UTC +04:00)

Bu il keçirilən imtahanların nəticələrinə əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən 1423 nəzarətçi müəllimə təşəkkür elan edilib, 27 nəfər isə fəxri fərmanla təltif edilmək üçün nəzərdə tutulub.

APA-nın xəbərinə görə, bu barədə DİM-in illik hesabatında bildirilir.

İl ərzində zal nəzarətçilərinin elektron qeydiyyatı aparılıb. 2018-ci ilin noyabr ayında həyata keçirilən elektron qeydiyyatın nəticələrinə görə 2019-cu ildə keçiriləcək imtahanlarda iştirak edəcək nəzarətçilər bazası 14890 nəfərdən ibarət olub. 2020-ci ildə imtahanlarda iştirak edəcək nəzarətçilərin elektron qeydiyyatı 2019-cu ilin 15 noyabrında başlayıb və 5 dekabrında yekunlaşdırılıb. Qeydiyyatın nəticələrinə görə, baza 15003 nəfər nəzarətçidən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR